1654
10:13
17 Yanvar 2013

Sosial işçi və xidmətçilərə xoş xəbər

Nəqliyyat xərcləri üçün 20 manat kompensasiya veriləcək

Nazirlər Kabineti sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə qərar verib. Lent.az -ın verdiyi məlumata görə, sosial xidmət göstərilməsi ilə əlaqədar nəqliyyat xərcləri üçün sosial işçiyə və sosial xidmətçiyə 20 manat məbləğində aylıq pul kompensasiyası müəyyən edilib.

Maliyyələşmə bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.