216
10:12
17 Yanvar 2013

Mövqelərimiz atəşə tutuldu

Erməni silahlı bölmələribir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, düşmən ordusu

dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Cəvahirli, Qaraqaşlı, Baş Qərvənd, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında, Füzuli və Xocavənd rayonlarının ərazisindəki adsız yüksəkliklərdəyerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.