870
00:15
26 Dekabr 2012

Türkiyədə «kürd» adı ilə ilk təşkilat quran vəfat edib

Türkiyə Respublikası tarixində «kürd» adı ilə ilk təşkilat qurmuş deputat Şərafəddin Elçi uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Lent.az -ın Türkiyə «Hürriyət»inə istinadən məlumatına görə, O, 1938-ci il martın 14-də Türkiyənin Şırnak mahalının, Cizrə qəsəbəsində anadan olub. Mardində liseyi bitirib. Ankara Universitetində hüquq fakültəsində oxuyub. Bir müddət Diyarbakırda vəkillik edib.

Tələbəlik illərində «kürdlərin davasını» aparıb. Bir neçə dəfə həbsdə olub. 1992-ci ildə 98 kürdlə birlikdə «kürdlərin haqqı və Azadlığı» vəqfini qurub. 1995-ci ildə «Kürd kültür və araşdırma vəqfi»nin təsisində iştirak edib.

Qurduğu Demokratik Kütlə Partiyası qapadıldıqdan sonra KADEP-yə (Katılımcı Demokratik Partiya) başçı olub.

Türkiyə Böyük Millət Məclisinə keçirilən sonuncu seçkidə BDP –nin (Barış və Demokrat Partiyası) dəstəyi ilə deputat seçilib.

O, Türkiyənin futbol üzrə tanınmış mütəxəssisi Mustafa Dənizlinin qayınatasıdır.

Mənbənin məlumatına əsasən, Türkiyənin baş naziri Rəcəb Taib Ərdoğan Şərafəddin Elçinin ailəsinə baş sağlığı verib. O, Mustafa Dənizli ilə telefonla danışaraq, ailə üzvlərinə baş sağlığını çatdırmasını istəyib.