Zaqatalada polislə qazi arasında İNSİDENT:  DİN-dən AÇIQLAMA - VİDEO
24 may 2023 17:20 (UTC +04:00)

Zaqatalada polislə qazi arasında İNSİDENT: DİN-dən AÇIQLAMA - VİDEO

Zaqatalada yol polisi ilə qazi arasında insident olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Həmin görüntülərlə bağlı Lent.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Mənsimov bildirib ki, Zaqatala rayon sakini Məhəmməd Məmmədovun idarə etdiyi  “VAZ-2107” markalı avtomobil yol polisi əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı saxlanılıb:

“Yoxlama nəticəsində həmin şəxsin avtomobili idarə etmək hüququnun olmadığı və nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verildiyi müəyyən edilib. Avtomobilin müvəqqəti duracağa yerləşdirilməli olduğu sürücüyə izah edilsə də o, bununla razılaşmayıb və polis əməkdaşlarının qanuni tələbinə tabe olmamağa çalışıb. Daha sonra nəqliyyat vasitəsi M.Məmmədovun da iştirakı ilə duracağa yerləşdirilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq sürücü barəsində inzibati tənbeh tədbiri görülüb. 

Qeyd edək ki, M.Məmmədov əvvəllər də analoji qayda pozuntularına yol verdiyi üçün barəsində qanunvericiliyə uyğun tədbir görülüb”.

# 19332
avatar

Oxşar yazılar