Tennis topu boyda  DOLU YAĞDI:   Bir uşaq öldü, 29 yaralı... -  VİDEO
31 avqust 2022 16:47 (UTC +04:00)

Tennis topu boyda DOLU YAĞDI: Bir uşaq öldü, 29 yaralı... - VİDEO

Quraqlıqla mübarizə aparan ölkədə dolu fırtınası can aldı. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü dolu Kataloniyanın La Bisbal de Emporda şəhəri və ətrafına fəlakət gətirib. 

Qəsəbə sakinlərini dəhşətə gətirən tufan zamanı 1 yaşlı qız uşağı qayaya oxşayan, ölçüsü 10 santimetrdən çox olan nəhəng dolunun vurması nəticəsində xəsarət alıb. 

Bir yaşlı körpə güclü dolu daşlarının vurması nəticəsində xəsarət alan 30 nəfərdən biri olub. Çərşənbə axşamı günortadan sonra baş verən hadisədən sonra Gironadakı Josep Trueta Xəstəxanasına aparılan qız bütün müdaxilələrə baxmayaraq saatlarla davam edən həyat mübarizəsini itirib.

Doludan xilas ola bilməyən bir qadın da dağıdıcı fırtınada aldığı xəsarətlərə görə çərşənbə günü eyni xəstəxanada müalicə olunub. Tibbi yardıma ehtiyacı olan digər 28 nəfərin əksəriyyətinin kəllə-beyin travması aldığı və ya buzla bağlı tikişlər, eləcə də sınıq sümüklərdən yarandığı bildirilir.

Avropa Meşə Yanğınları İnformasiya Sisteminin məlumatına görə, bu il İspaniyada 270 min hektardan çox ərazi yanıb. Həddindən artıq istilər və yağıntıların olmaması İspaniyanın təbii su ehtiyatlarının səviyyəsinin kəskin azalmasına səbəb olub. Ölkənin digər bölgələrində çaylardakı su buxarlandıqca uzun müddət su altında qalan orta əsr sahil kəndləri meydana çıxdı. Ölkə quraqlıq və susuzluqla mübarizə apararkən, həm də şiddətli fırtınaların təsiri altındadır. 
 

Tennis topu boyda dolu yağdı, ölən var

# 4869
avatar

Oxşar yazılar