Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ:  "Dövlət insanları aldadır"
02 fevral 2023 12:30 (UTC +04:00)

Soydaşlarımız molla rejimini belə İFŞA ETDİ: "Dövlət insanları aldadır"

Güney Azərbaycanın Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələdən zərərçəkən soydaşlarımızın durumu çox ağırdır.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, Xoy sakinləri artıq hökumətin məsələyə qarşı biganə yanaşmasından beziblər.

Soydaşlarımız molla rejiminin insanları aldatdığını bildirirlər:

“Dövlət insanları aldadır. Birinci zəlzələdə siyahıya aldılar, heç nə etmədilər. İndi də bizi çağırıb qol çəkdirirlər. Heç nə vermirlər”, - deyə sakinlərdən biri deyib.

Sözügedən məsələ ilə bağlı görüntüləri təqdim edirik: 

 

# 2751
avatar

Sevinc Fərid

Oxşar yazılar