Sosial media fenomeni Hasbulla SAXLANILDI  - VİDEO
10 may 2023 12:01 (UTC +04:00)

Sosial media fenomeni Hasbulla SAXLANILDI - VİDEO

Dağıstanlı 20 yaşlı sosial media fenomeni Hasbulla Maqomedov saxlanılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yol hərəkəti qaydalarına məhəl qoymayaraq dostları ilə avtoşluq etdiyi üçün polis tərəfindən saxlanılıb.

Bir qrup dostunun toyunda iştirak edən Hasbulla küçədə öz nəqliyyat vasitələri ilə digər sürücülərin həyatını təhlükəyə atan şəkildə nümayiş etdirməyə başlayıb.

Şikayət əsasında o, dostları ilə birlikdə polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyi Hasbulla dostlarının avtomobillə küçədə keçirdikləri təhlükəli anların görüntülərini paylaşıb. Görüntülərdə Hasbullanın sükan arxasında olmadığı və avtomobilin içərisində olduğu görünür.

Hasbulla və dostları daha sonra sərbəst buraxılıb. Onlara verilən cəza ilə bağlı heç bir izahat verilməyib.

# 5991
avatar

Fidan İlqar

Oxşar yazılar