Sərxoş qadın mahnı sədaları altında  TƏYYARƏDƏN DÜŞÜRÜLDÜ  - VİDEO
11 yanvar 2023 16:09 (UTC +04:00)

Sərxoş qadın mahnı sədaları altında TƏYYARƏDƏN DÜŞÜRÜLDÜ - VİDEO

Sərnişinlərin mahnıları və alqışları altında sərxoş qadın təyyarədən düşürülüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliyanın “Jetstar Airways” şirkətinin sərnişini sərxoş olduğu və ekipajın təlimatlarını pozduğu üçün uçuşdan uzaqlaşdırılıb. 

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə beş polis əməkdaşının Qızıl Sahildən Melburna gedən təyyarəyə mindiyi görünür. Hüquq-mühafizə orqanlarının əməkdaşları sərxoş qadınla sakitcə danışıq aparmağa çalışsalar da, o, könüllü olaraq təyyarənin salonundan çıxmaqdan imtina edib. Polislərdən biri onu tutub zorla çıxarmalı olub. Bu zaman baş verənləri videoya çəkən digər sərnişinlər alqışlamağa, mahnı oxumağa başlayıblar.

Həbs edilən 42 yaşlı qadın xuliqanlıqda ittiham olunub. O, məhkəmə qarşısına çıxmalı olacaq, onun maddəsində nəzərdə tutulan maksimum cəza cərimə ola bilər.

# 3216
avatar

Fidan İlqar

Oxşar yazılar