Qəbələdə mikroavtobus QƏZASI:  20 nəfər yaralandı - YENİLƏNİB
26 may 2023 15:14 (UTC +04:00)

Qəbələdə mikroavtobus QƏZASI: 20 nəfər yaralandı - YENİLƏNİB

Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***
Saat: 14:15

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

13:51

Qəbələdə ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Qəbələ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Mikroavtobus və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində 10 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.

# 9246
avatar

Fidan İlqar

Oxşar yazılar