Müdafiə Nazirliyi Buzduxun YENİ VİDEOSUNU  yaydı
11 avqust 2022 17:14 (UTC +04:00)

Müdafiə Nazirliyi Buzduxun YENİ VİDEOSUNU yaydı

Azərbaycan Ordusu tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində nəzarətə götürülən Buzdux və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklərdə mühəndis təminatı üzrə tapşırıqlar yerinə yetirilir. 

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və dəqiqləşdirilmiş mövqelərə təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Azad edilən ərazi və hakim yüksəkliklərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

# 2934
avatar

Oxşar yazılar