Mopedləri oğurlayıb icarəyə verdilər -  VİDEO
05 dekabr 2022 17:17 (UTC +04:00)

Mopedləri oğurlayıb icarəyə verdilər - VİDEO

Yasamal rayonunda moped oğruları saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onlar oğurladıqları mopedləri icarəyə verərək pul qazanıblar.

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının  keçirdiyi əməliyyatlar zamanı rayon ərazisində baş verən silsilə oğurluq hadisələri törədənlər saxlanılıblar. Tədbir zamanı müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri  paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.

Qeyd edək ki, Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadənin etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Faktlarla bağlı saxlanılanlar barəsində 26-cı Polis Bölməsində toplanan materiallar Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 2559
avatar

Arzu Qurbanlı

Oxşar yazılar