Mingəçevirdə minik avtomobili belə yandı -VİDEO
14 may 2023 11:09 (UTC +04:00)

Mingəçevirdə minik avtomobili belə yandı -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, bununla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

# 3216
avatar

Oxşar yazılar