Kraliça dəfn edilir – CANLI YAYIM
19 sentyabr 2022 12:55 (UTC +04:00)

Kraliça dəfn edilir – CANLI YAYIM

Kraliça II Elizabetin dəfni başlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dəfn Vestminster Abbeydə baş tutacaq.

II Elizabetin cənazəsi dəfn edilməzdən əvvəl tabut Britaniya parlamentinin binasının foyesində dörd gün ərzində nümayiş etdirilmişdi. Xatırladaq ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib.

II Elizabet 1952-ci il fevralın 9-da taxta oturub. O, 14 müstəqil dövlətin - Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Solomon adaları, Tuvalu, Yamaykanın monarxı olub.

# 4830
avatar

Sevinc Fərid

Oxşar yazılar