İranda qadına sataşan şəxs maşına belə hücum etdi - VİDEO
18 iyul 2022 19:45 (UTC +04:00)

İranda qadına sataşan şəxs maşına belə hücum etdi - VİDEO

Tehranda bir qadın "Twitter"də paytaxtın magistral yollarında motosikletli bir kişinin onun avtomobilinə ziyan vurması barədə video paylaşıb.

Lent.az xəbər verir ki, qadının sözlərinə görə, hadisə iyulun 17-də baş verib. O, hadisənin necə baş verməsi barədə paylaşımında yazıb: 

"İran İslam Respublikasında adi bir gün! Bu adam bir neçə dəfə qarşıma çıxıb yolumu kəsdi və avtomobildən enməyimi tələb etdi. Mən isə çətinliklə qaça bildim. Polis də bildirdi ki, qəza yerində olmadığım üçün heç nə etmək mümkün deyil. Motosikletin nömrəsi də maska ilə örtülüb”.

Qeyd edək ki, İranda son aylarda hicaba riayət etmək bəhanəsi ilə və ya əşyalarını oğurlamaq üçün küçələrdə qadınlara qarşı zorakılıq halları xeyli artıb.

İranda kişi maşınıyla yol gedən qadına belə sataşdı

# 5106
avatar

Nigar Namiq

Oxşar yazılar