Bu çiçəkləri dərənlər 21 min manat cərimə ödəməlidir - VİDEO
09 may 2023 16:18 (UTC +04:00)

Bu çiçəkləri dərənlər 21 min manat cərimə ödəməlidir - VİDEO

Paxlalı bitkilərin kraliçası adlandırılan və dünyada yalnız Türkiyənin Eber və Akşehir gölləri ətrafında bitən Eber Sarısı bu il özünəməxsus gözəlliyi ilə çiçək açıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Eber Sarısı tərkibindəki antioksidant və antimikrobial maddələr sayəsində əczaçılıq sənayesində istifadə olunma potensialına malikdir. Bu bitkilər Afyonkarahisarın Bolvadin və Çay rayonları sərhədlərində olan Eber gölündə bitir.

Eber sarısının çiçəklənməsi bölgədə yazın gəlişinin və isti havaların müjdəçisi kimi də tanınır. Eber Sarı yer üzündə təxminən 18 min paxlalı bitki növü arasında bir çiçəkdən 3 meyvə verən yeganə növdür. Bu xüsusiyyəti ilə dünyada bənzərsiz əhəmiyyətə malik genetik resursdur.

Əsas məsələ isə bu nadir bitkinin dərilməsinə görə təyin olunan cəzadır. Belə ki, endemik bitki növləri arasında yer alan Eber Sarısını dərməyin cəzası fiziki şəxslər üçün 244 min 315 TL-dir (təxminən 21 min 304 manat). Vəzifəli və hüquqi şəxslər üçün isə bu rəqəm 10 dəfə artıqdır.

 

# 48684
avatar

Mehman Nəbiyev

Oxşar yazılar