Bakının mərkəzində KÜTLƏVİ DAVA - qazilərin VİDEOSU
03 may 2023 10:36 (UTC +04:00)

Bakının mərkəzində KÜTLƏVİ DAVA - qazilərin VİDEOSU

Bakıda küçədə kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə səhər saatlarında "Elmlər Akademiyası" metrostansiyasının ətrafında, AMEA-nın yaxınlığında baş verib. İddialara əsasən, qazilər orada meyvə-tərəvəz satanlara yaxınlaşaraq, ərazinin onlara məxsus olmasını və burada yalnız onların nəsə sata bilmələrini deyiblər. Davaya səbəb də onların bu sözü olub.

İnsident polis əməkdaşlarının müdaxiləsi ilə dayandırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əlieyv Lent.az-a hadisə barədə məlumatlı olduqlarını və araşdırma aparıldığını bildirib.

Görüntüləri təqdim edirik:

# 6408
avatar

Oxşar yazılar