Yanğın olan bina
01 oktyabr 2022 19:50 (UTC +04:00)

Yanğın olan bina

Bakıda yaşayış binasındakı yanğında 2 nəfər yaralanıb, 37 nəfər... - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib. 

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub. Yanğın nəticəsində 2 nəfər bina sakini yüngül xəsarət alıb.

***
Saat: 17:50

Bakının Xətai rayonu Lütfi Zadə küçəsindəki on yerddi mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı FHN-in qüvvələri tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib.

***
Saat: 17:35

Bakıda yaşayış binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

# 6276
avatar

Oxşar yazılar