Bakıda liftdə qalan ana və övladı belə xilas olundu - VİDEO
21 yanvar 2023 14:52 (UTC +04:00)

Bakıda liftdə qalan ana və övladı belə xilas olundu - VİDEO

Bakıda iki nəfər liftdə təhlükə ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu gün səhər saatlarında “112” qaynar telefon xəttinə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının liftində iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən liftin texniki nasazlıq səbəbindən doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində dayandığı və içərisində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq xüsusi vasitələrlə vətəndaşları liftdən təhlükəsiz şəraitdə çıxararaq xilas ediblər.

# 2637
avatar

Oxşar yazılar