Bakıda keçmiş müəllim özünü binadan atdı - HADİSƏ ANI
14 mart 2023 16:32 (UTC +04:00)

Bakıda keçmiş müəllim özünü binadan atdı - HADİSƏ ANI

Bakıda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə günorta saatlarında Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 70 yaşlı Rəhimova Zümrüd Səməd qızı özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq, həyatına son qoyub.

Z. Rəhimova özünü atarkən 7-ci mərtəbədəki çıxıntıya ilişib, qısa müddət asılı qalsa da, yıxılaraq, ölüb.

Məlumata görə, mərhum qadın əvvəllər 280 nömrəli məktəbdə coğrafiya fənnini tədris edib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.

# 7755
avatar

Oxşar yazılar