Bakıda  itlərin yemək qabını  oğurlayan KAMERALARA DÜŞDÜ
27 yanvar 2023 18:10 (UTC +04:00)

Bakıda itlərin yemək qabını oğurlayan KAMERALARA DÜŞDÜ

Bakının Lermantov küçəsi, 113 ünvanında heyvanlar üçün küçəyə qoyulan yemək və su qabları oğurlanıb.

Bu barədə Lent.az-a vətəndaş Nicat Manafov məlumat verib.

Onun sözlərinə görə, belə hadisə artıq dördüncü dəfədir ki, baş verir:

“Səhər işə gələndə küçə heyvanlarının ofisin qabağında ac və susuz bizi gözlədiyini görürük. Xahiş edirik ki, qabları kim oğurlayırsa, geri qaytarsın. Məsələ ilə bağlı mühafizə polisinə məlumat vermişik. Çünki bu hadisə artıq ənənəvi hal alıb”.

Lent.az küçə heyvanlarının yemək və su qablarını oğurlayan şəxsin görüntülərini təqdim edir:

# 3027
avatar

Arzu Qurbanlı

Oxşar yazılar