Bakıda avtobusda DAVA:  cinayət işi açıldı - VİDEO
14 mart 2023 11:05 (UTC +04:00)

Bakıda avtobusda DAVA: cinayət işi açıldı - VİDEO

Bakıda marşrut avtobusunda əlbəyaxa dava olub.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə gənc oğlanla orta yaşlı kişinin dalaşması əks olunub.

Hadisə avtobusda ictimai asayişin pozulmasına və sərnişinlərin narahatlığına səbəb olub.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, hadisə Nizami rayonu ərazisində, 66 saylı marşrut xətt avtobusunda qeydə alınıb:

"22 yaşlı A.Talıblı barədə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

# 3936
avatar

Oxşar yazılar