Bakıda AĞIR QƏZA:  ölən var - HADİSƏ ANI
14 mart 2023 13:32 (UTC +04:00)

Bakıda AĞIR QƏZA: ölən var - HADİSƏ ANI

Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Lent.az-a bildirib ki, hadisə bu gün Bakı şəhəri kənar dairəvi yolun 4-cü km-də qeydə alınıb:

""KİA" markalı 90-NE-840 nömrə nişanlı avtomobilin sürücüsü 32 yaşlı Seyidov Namiq Mirqasım oğlunun avtomobili yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində törətdiyi ağır yol nəqliyyat hadisəsində sürücü özü yüngül xəsarət alsa da, yanında olan 32 yaşlı sərnişin Səbinə Məhərrəmovanın ölümünə səbəb olub. Dəfələrlə xəbardar edilməsinə baxmayaraq təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar".

Hadisə anının görüntlərini təqdim edirik:

# 3567
avatar

Oxşar yazılar