Bakıda ağacın başında tonqal qaladılar - VİDEO
15 mart 2023 12:23 (UTC +04:00)

Bakıda ağacın başında tonqal qaladılar - VİDEO

Sosial şəbəkələrdə Bakıda ağacın başında tonqalın yandırılması ilə bağlı video yayılıb. Belə ki, çoxmərtəbəli bina sakinləri ilaxır çərşənbəni qeyd etmək üçün ağacın başında tonqal qalamağa cəhd ediblər. Nəticədə binanın həyətindəki iki ağacda yanğın başlayıb. Bu addım insanlar tərəfindən birmənalı qarşılanmayıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə paytaxtın Binəqədi rayonu, 20 yanvar küçəsində baş verib:

"Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həytində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub".

# 5250
avatar

Arzu Qurbanlı

Oxşar yazılar