Azərbaycanda müəllim şagirdi belə döydü - Videosu yayıldı  - RƏSMİ AÇIQLAMA
19 may 2022 10:34 (UTC +04:00)

Azərbaycanda müəllim şagirdi belə döydü - Videosu yayıldı - RƏSMİ AÇIQLAMA

Azərbaycanda müəllim şagirdi döyüb.
Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, hadisə Zəngilan rayon 35 saylı məcburi köçkün məktəbində baş verib. Həmin məktəbin musiqi müəllimi 8-ci sinifdə oxuyan şagirdə zor tətbiq edib.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı APA-ya bildirib ki, məsələ nazirliyin diqqətindədir:

"Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Müəllim şagirdi döydü

# 6744
avatar

Oxşar yazılar