Aysundan SƏRT TƏNQİD : "Mən zibil yeyirəm burada?" -  VİDEO
08 sentyabr 2022 11:37 (UTC +04:00)

Aysundan SƏRT TƏNQİD: "Mən zibil yeyirəm burada?" - VİDEO

Müğənni Aysun İsmayılova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

Lent.az xəbər verir ki, o, "Instagram" hesabında "Wolt" qida çatdırılma şirkətini xeyli tənqid edib.

A. İsmayılovaya sifariş etdiyi yeməyi arzuolunmaz şəkildə gəlib çatıb:

"Bir çoxumuz Azərbaycanda yeməyi "Wolt"dan sifariş edirik. Biz də sizin kimi elə "Wolt"dan sifariş etdik. Sifarişi elə bir gündə gətiriblər ki, bərbad gündədir. Yəni, sos bütün tökülüb içinə, telefona da cavab vermirlər. Adamla elə kobud danışırlar ki, elə bil dədələrinə borcumuz var. 

Əlavə olaraq da, orada kuryer 40 dəqiqədir restorandan çıxıb, 40 dəqiqəni 18 dəqiqədir yazıb. Bu nədir? Bu, necə sifariş gətirməkdir? Mən zibil yeyirəm burada? Bu nə deməkdir, başa düşmürəm..."

Qeyd edək ki, Aysun İsmayılova müğənni Rəqsanə İsmayılovanın qızıdır.

Aysun İsmayılova "Wolt"u tənqid etdi

# 4329
avatar

Nigar Namiq

Oxşar yazılar