Zəngilana daha 10 ailə yola salınır
28 fevral 2023 08:01 (UTC +04:00)

Zəngilana daha 10 ailə yola salınır

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.

Lent.az APA-ya istinadla xəbər verir ki, fevralın 28-də Abşeron rayonunun Masazır qəsəbəsindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb.

Daha 10 ailə – 50 nəfər daimi məskunlaşmaq üçün Ağalıya yola düşüb.

İndiyədək 66 ailə – 326 nəfərin ən müasir infrastrukturla təchiz edilmiş kəndə köçürülməsi təmin edilib.
 

# 1692
avatar

Oxşar yazılar