Yol polisindən dəhşətli qəzalarla bağlı ÇAĞIRIŞ
03 yanvar 2023 16:23 (UTC +04:00)

Yol polisindən dəhşətli qəzalarla bağlı ÇAĞIRIŞ

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi son günlər baş verən dəhşətli yol qəzaları ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Qurumun baş inspektoru, polis mayoru Araz Əsgərli son günlər baş vermiş yol nəqliyyat hadisələrinin məsuliyyətsizliyin nəticəsi olduğunu Lent.az-a bildirib. Onun sözlərinə görə, sıxlıqlardan, tıxaclardan qat-qat vacib olan məsələ təhlükəsizlikdir:

“Son günlər insan tələfatı ilə nəticələnən ağır qəzalar əksəriyyətin gileyləndiyi tıxac və sıxlıqlarda deyil, sürətli yollarda və qayda pozuntuları nəticəsində baş verib. Yollarımızın ən böyük problemi sürücülərin, piyadaların və ya sərnişinlərin hərəkət qaydalarına, təhlükəsizliyin təminatına ciddi yanaşmamağının yol açdığı faciələrdir. Əksəriyyət qayda-qanunun olmasını istəsə də, təəssüf ki, həmin qaydaların özündən kənarda olmasını istəyir! Minbir bəhanə ilə hər kəsin özünü haqlı çıxartmaq  və qaydaların yanından ötüb keçmək arzusu var. Naməlum səbəbdən bəzi insanlar başa düşmür ki, göz görə-görə özünü təhlükəyə atır. Kimsə bu ağır faciələrdən sığortalanmayıb. Bir daha Sizdən xahiş edirik ki yola çıxan yaxınlarınızdan, doğmalarınızdan, dostlarınızdan ehtiyatlı olmağı tələb edin! Yol hərəkəti qaydaları həyati əhəmiyyətlidir, səhvləri bağışlamır”.

# 3672
avatar

Oxşar yazılar