Yevlaxda heyvan oğruları ələ keçdi: 51 000 manata yaxın...  - FOTO
03 sentyabr 2022 17:26 (UTC +04:00)

Yevlaxda heyvan oğruları ələ keçdi: 51 000 manata yaxın... - FOTO

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində silsilə şəkildə xırdabuynuzlu heyvanlar oğurlayan şəxslər müəyyən edilrərək məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, bir qrup rayon sakini RPŞ-yə müraciət edərək onlara məxsus xırdabuynuzlu heyvanlarının oğurlandığı barədə məlumatlar veriblər.

Daxil olmuş məlumatlar əsasında keçirilən tədbirlər nəticəsində rayonun müxtəlif kəndlərinin ərazisində yerləşən ferma və fərdi yaşayış evlərindən xırdabuynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən rayonun Tanrıqulular kənd sakini Tural Bayramov saxlanılıb.

Araşdırmalarla T.Bayramovun oğurluqları yetkinlik yaşına çatmayan qardaşı və həmkəndlisi Pərviz Balakişiyevlə birgə törətdiyi müəyyən edilib. Keçirilmiş tədbirlərlə onun qardaşı və həmkəndlisi də polis əməkdaşları tərəfindən saxlanılıb.

Ümumilikdə isə T.Bayramovun 234 ədəd xırdabuynuzlu heyvanı oğurlayaraq vətəndaşlara 51 000 manata yaxın ziyan vurduğu məlum olub. O, oğurladığı heyvanları dəyərindən ucuz qiymətə satdığını etiraf edib. Həmçinin keçirilmiş tədbirlərlə 38 ədəd heyvan maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.

# 1467
avatar

Oxşar yazılar

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

Eşitmə məhdudiyyətli uşaqlar üçün xüsusi tədbir keçirildi®

5 dekabr 2022 , 13:54
Zirəddin Rzayev

Zirəddin İranla bağlı PROQNOZ VERDİ: "Hakimiyyət dəyişikliyi və ..."

5 dekabr 2022 , 13:25
Sabah  güclü qar yağacaq   - HAVA PROQNOZU

Sabah güclü qar yağacaq - HAVA PROQNOZU

5 dekabr 2022 , 13:10
Bu ərazilərdə 17 dərəcə şaxta olub -  FAKTİKİ HAVA

Bu ərazilərdə 17 dərəcə şaxta olub - FAKTİKİ HAVA

5 dekabr 2022 , 13:05
Yollar  buz BAĞLAYACAQ   - XƏBƏRDARLIQ

Yollar buz BAĞLAYACAQ - XƏBƏRDARLIQ

5 dekabr 2022 , 12:14
Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

Füzuli Musayevin 60 illiyinə həsr olunmuş karate üzrə seminar KEÇİRİLİB - FOTO

5 dekabr 2022 , 11:59
Bakıya qar yağacaq -  PROQNOZ

Bakıya qar yağacaq - PROQNOZ

5 dekabr 2022 , 11:33
Azərbaycanın bu bölgəsində  11 dərəcə şaxta olub

Azərbaycanın bu bölgəsində 11 dərəcə şaxta olub

5 dekabr 2022 , 10:08