
Məktəblilərimiz Beynəlxalq Olimpiadada 5 medal qazanıblar
Moskva şəhərində növbəti dünya səviyyəli Beynəlxalq Meqapolis Olimpiadası keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, olimpiadada ölkəmizi təmsil edən məktəblilər uğurla iştirak ediblər.
İnformatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Abutalıb Namazov gümüş, Murad Eynizadə bürünc medala layiq görülüblər.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Murad Ağazadə gümüş, kimya fənni üzrə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdləri Xanım Yaqublu və Aydan Nağızadə gümüş medal qazanıblar.
Beləliklə, məktəblilərimiz 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında III yerə layiq görülüblər.
Oxşar yazılar

Bir kisə pul VƏDİ: Növbəti 5 gündə varlanacaq BÜRCLƏR
27 fevral 2025 , 00:02Ən stresli 4 BÜRC: Gərginlikləri ilə hər kəsi narahat edə bilərlər
26 fevral 2025 , 18:37
Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
26 fevral 2025 , 17:42
Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi
26 fevral 2025 , 17:01
Bu yerlərə qar yağır, 15 dərəcə şaxta var - FAKTİKİ HAVA
26 fevral 2025 , 14:46
Azərbaycandan gedənlər aeroprotda saxlanıldı, apardıqları məhsullar məhv edildi
26 fevral 2025 , 14:03
Bakının bu rayonu susuz qaldı - SƏBƏB
26 fevral 2025 , 13:44