Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA
03 fevral 2023 16:00 (UTC +04:00)

Virusa görə boş qalan sinif otaqları – RƏSMİ AÇIQLAMA

Son günlər uşaqlar arasında öskürək və qızdırma ilə müşahidə olunan xəstəlik sürətlə yayılmağa başlayır. Dekabrın əvvəlindən yayılan virus əsasən məktəbli uşaqlar arasında daha çox qeydə alınır. Xəstəlik aşkarlanan uşaqlarda qızdırma, öskürək, qusma və qarın ağrıları daha çox müşahidə edilir.

Danılmazdır ki, bu virusu şagirdlər arasında daha çox yayılmasının səbəbi elə bəzi uşaqların virusa yoluxduğu halda məktəbə gəlməsidir. 

Sosial şəbəkələrdə yazılanlara, ətrafımızda məktəbə gedənlərə nəzər yetirsək, görərik ki, bir sinifdən nə az, nə çox 10 şagird virus səbəbindən məktəbə getmir. 

Elə buna görə də hazırda paytaxt məktəblərində şagirdlərin davamiyyəti necə olması əsas suallardan birinə çevrilib. 

Məsələ ilə bağlı Lent.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən münasibət bildirilib. 

Verilən məlumata görə, məktəblərdəki davamiyyət qənaətbəxş olub:

“Bu günün statistikasına əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində davamiyyət normal olub”. 

# 4299
avatar

Fidan İlqar

Oxşar yazılar