Uşaq bağçasının aşpazı azyaşlının saçından tutub... - ARAŞDIRMA BAŞLANDI
08 iyun 2022 13:45 (UTC +04:00)

Uşaq bağçasının aşpazı azyaşlının saçından tutub... - ARAŞDIRMA BAŞLANDI

Şamaxıda uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, sosial şəbəkədə Şamaxı şəhər 3 saylı uşaq bağçasının aşpazının ad günü münasibətilə təşkil olunan mərasimdə tort kəsilərkən uşağın saçından dartması barədə video görüntülər yayılıb. 

Araşdırmalar zamanı məlum ki, bağçanın aşpazı Balkiyeva Sevinc Balağa qızı 2017-ci il təvəllüdlü qızın saçından tutaraq dartıb. Bu isə bağçada azyaşlıya qarşı zorakılıq kimi qiymətləndirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin nümayəndələri bağçaya gəlib, araşdırma aparılır. Araşdırma başa çatdıqdan sonra nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

# 2553
avatar

Oxşar yazılar