Universitetin "Facebook" səhifəsi ƏLƏ KEÇİRİLDİ:  AQTA-nı vurdular
14 mart 2023 14:47 (UTC +04:00)

Universitetin "Facebook" səhifəsi ƏLƏ KEÇİRİLDİ: AQTA-nı vurdular

Lənkəran Dövlət Universitetinin "Facebook" səhifəsi ələ keçirilib.

Lent.az xəbər verir ki, bu barədə universitetin rəsmi "Facebook" səhifəsində məlumat paylaşılıb.

Paylaşımda deyilir:

"Lənkəran Dövlət Universitetinin rəsmi facebook səhifəsinin administratorluğu bildirir ki, səhifədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Lənkəran Dövlət Universitetində aparılmış yoxlamalarla bağlı məlumat səhifəyə kiber hücum nəticəsində yerləşdirilib və unversitetin rəsmi mövqeyini əks etdirmir.

Hazırda həmin insidentlə bağlı araşdırma aparılır və yaxın zamanda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

# 1830
avatar

Fidan İlqar

Oxşar yazılar