Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ
07 fevral 2023 17:27 (UTC +04:00)

Türkiyədəki dəhşətli zəlzələni bütün dünyaya çatdıran Azərbaycan JURNALİSTLƏRİ

Türkiyə hazırda bütün dünyanın diqqətindədir. Son illərin ən böyük fəlakətinin baş verdiyi Hatay, Kahramanmaraş, Malatya, Qaziantep, Adana, Antalya, Şanlıurfa və digər şəhərlərdə xilasedicilərlə birlikdə media nümayəndələri də dayanmadan çalışır. 

Bu qandonduran faciəni də dünyanın diqqətinə məhz media nümayəndələri çatdırır. Qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı azərbaycanlı jurnalistlər də hadisə yerlərinə yollandı.

Hazırda ən son xəbərləri də məhz onlardan alırıq. Bəs onlar kimlərdir?

Lent.az Türkiyədə baş verənləri yerindəcə işıqlandıran jurnalistlərin siyahısını təqdim edir:

“Azəri-Press” Agentliyin (APA GROUP) 3 əməkdaşı Türkiyədə gedən jurnalistlərinin siyahısındadır. Belə ki, müxbir Səlcuq Elçin, Tural Əsədi, operator Fariz Quliyev Türkiyədə zəlzələ baş verən bölgələrdədir. 

Bununla yanaşı, “Report” İnformasiya Agentliyindən müxbir İsmayıl Nəsibli, “AzTV”dan müxbirlər Sədaqət Süleyman, Yalçın Tahiroğlu, Nemət Əkbərli, operatorlar, Nurlan Əkbərli və Pərvin Əkbərli, "Baku TV"- dən müxbir Qəndab Məmmədova və operator İlham Novruzov Türkiyədən xəbərləri yerində çatdırır.

"REAL" televiziyasından müxbir Mahir Məmmədli, operator İsa Məmmədov, "İctimai" televiziyadan müxbir Nərmin Kərim, operator Atababa Vəliyev, "ARB" televiziyasından müxbir Tehran Orucoğlu və operator Kənan Məmmədov Türkiyəyə ezam olunub.

# 5889
avatar

Arzu Qurbanlı

Oxşar yazılar