"Tibbi-Sosial Ekspert komissiyaları  ləğv olunsun!"  - Deputatdan TƏKLİF
24 fevral 2023 16:03 (UTC +04:00)

"Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunsun!" - Deputatdan TƏKLİF

“Əlilliyə görə pensiyaların verilməsi ilə bağlı cəmiyyətdə böyük narahatlıqlar var”.

Lent.az-ın APA-ya istinadən nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, şəxsin xəstəliyini Səhiyyə Nazirliyi müəyyənləşdirməli, “Forma88” əsasında pensiya müəyyənləşdirilməlidir: “Ancaq əlavə olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də Tibbi-Sosial Ekspert Komissiyaları var. Əgər Səhiyyə Nazirliyi “Forma88” verirsə, bunun əsasında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiya təyin etməlidir. Belə çıxır ki, bir dövlət qurumu digərinə inanmır. Belə olmaz. Əgər Səhiyyə Nazirliyinin verdiyi arayış şübhəlidirsə, bu, müvafiq qaydada araşdırıla bilər, ancaq iki qurumun şəxsi yoxlaması nə deməkdir?”

Qüdrət Həsənquluyev bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert komissiyaları ləğv olunmalıdır.

# 1950
avatar

Oxşar yazılar