Təhsil İdarəsindən ayaqyolu olmayan məktəb barədə AÇIQLAMA -VİDEO -YENİLƏNİB
08 yanvar 2023 20:47 (UTC +04:00)

Təhsil İdarəsindən ayaqyolu olmayan məktəb barədə AÇIQLAMA-VİDEO-YENİLƏNİB

İmişli rayonu Aranlı kənd məktəbinin 3 sanitar qovşağı var. 

Lent.az xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsinin açıqlamasında bildirilir. 

Qeyd edilib ki, məktəb qəzalı vəziyyətdə olduğundan 2023-cü ildə yeni məktəb binasının layihələndirilmə işlərinə başlanılacaq: "Bununla yanaşı, məktəb ən qısa müddətdə mümkün olan variantla (mobil sanitar qovşağı və ya digər) təmin ediləcək və məsələ müsbət həllini tapacaq".
 

***

12.40

İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində ayaqyolu olmaması ilə bağlı yayılan videoya aydınlıq gətirilib.

Mil-Muğan Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, vəziyyətlə maraqlanılıb və hazırda məktəbdə sanitar qovşaq təmir edilir.

"Eyni zamanda yeni məktəb binasının tikilməsi nəzərdə tutulur. Bu il plana salınıb" - deyə qeyd olunub.

Qeyd edək ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində müəllim dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük ajiotaj yaradıb.

Aranlı kənd məktəbi

# 5922
avatar

Oxşar yazılar