Suyun qiyməti ilə bağlı YENİ AÇIQLAMA
13 mart 2023 11:34 (UTC +04:00)

Suyun qiyməti ilə bağlı YENİ AÇIQLAMA

Son günlər ölkə ərazisində içməli suyun tariflərinin qaldırılması ilə bağlı məsələ gündəm olub. Buna "Azərsu ASC"-nin sədr müavini Etibar Məmmədovun əhaliyə içməli suyun maya dəyərindən aşağı satılması ilə bağlı verdiyi açıqlama səbəb olub. 

Onun sözlərinə görə, tariflərin gələcəkdə artırılması üçün "Azərsu ASC" təşəbbüslə çıxış etmək istəyir.

Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, həyata keçirilən içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinin artırılması ilə bağlı Azərbaycan Respublikası Tarif (qiymət) Şurasına müraciət edilməyib və belə bir müraciət nəzərdə tutulmur. 

Hazırda içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 yanvar 2021-ci il tarixli 5 nömrəli qərarı ilə tənzimlənir. 

# 9159
avatar

Fidan İlqar

Oxşar yazılar