Vado Karovin və Müşfiq Hətəmov
07 fevral 2023 11:44 (UTC +04:00)

Vado Karovin və Müşfiq Hətəmov

"Space"in rəhbəri dəyişdirildi

"Space Müstəqil Teleradio Şirkəti"nin rəhbərliyi dəyişib.

Lent.az xəbər verir ki, şirkətin direktoru Əməkdar İncəsənət xadimi Müşfiq Hətəmov vəzifəsində gedib. 

Onun yerinə “Parni iz Baku” KVN komandasının aktyoru Vado Karovin təyin olunub.

Qeyd edək ki, Müşfiq Hətəmov 20 may 2021-ci ildə Space televiziyasına direktor təyin edilmişdi.

Yeni təyin edilən rəhbər Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət "Şən və Hazırcavablar” klubunda - "Bakılı Oğlanlar” komandasında təmsil olunub. Bundan başqa, Vado Karovin "Lider" və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.

 

 

# 7704
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar