Şimşək çaxıb, leysan yağıb -  FAKTİKİ HAVA
05 iyun 2023 11:52 (UTC +04:00)

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyunun 5-i saat 11:00-a olan məlumatına əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər,  Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub. 

Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində  diametri 4-6 mm,  Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə  saat 20:28-20:32 radələrində xırda  dənəli dolu düşüb.

Qərb küləyi Naxçıvanda və Naftalanda arabir 20 m/s, Mingəçevirdə 16 m/s -dək güclənib. Şahdağ, Lerik, Qrızda duman müşahidə olunub.

Havanın temperaturu iyunun 4-də iqlim normasından 4.7 dərəcə  yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvanda 35, dağlıq rayonlarda 29, yüksək dağlıq ərazilərdə 16, Aran rayonlarında 35 dərəcəyədək  isti olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti iyunun  9-u gündüzədək davam edəcək. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Əsaən dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv və güclü olacağı ehtimalı var. 

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

# 2283
avatar

Fidan İlqar

Oxşar yazılar