Səyahətə tək gedən qadınlar   üçün ən təhlükəsiz şəhərlər - SİYAHI
09 mart 2023 17:49 (UTC +04:00)

Səyahətə tək gedən qadınlar üçün ən təhlükəsiz şəhərlər - SİYAHI

Dubay (BƏƏ) tək səyahət edən qadınlar üçün ən təhlükəsiz şəhər kimi tanınıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə  “InsureMyTrip” şirkətinin son araşdırmasına istinadən məlumat yayılıb.

Bildirildiyinə görə, təklikdə səyahət getdikcə populyarlaşır, bir çox qadın tək səyahət etməyi üstün tutur. Tədqiqatın müəllifləri Dubayı qadınların gecə gəzintisi üçün ən təhlükəsiz yer kimi təsvir edirlər.

Reytinq belədir:

1. Dubay, (Birləşmiş Ərəb Əmirlikləri).

2. Madrid, İspaniya.

3. Çianqmay, Tailand.

4. Antaliya, Türkiyə.

5. Münhen, Almaniya.

6. Barselona, İspaniya.

7. Mədinə, Səudiyyə Ərəbistanı.

8. Praqa, Çexiya.

9. Krakov, Polşa.

10. Lissabon, Portuqaliya.

Bundan əvvəl səyahət mütəxəssisləri tək səyahət edən qadınlar üçün dünyanın ən təhlükəsiz ölkələrini müəyyən etmişdilər. Siyahıya İrlandiya, Avstriya və Norveç başçılıq edir. Eyni zamanda Almaniyanın Münheni tək turistlər üçün Avropanın ən təhlükəsiz şəhəri kimi tanınıb. İlk 5-likdə həmçinin Sürix, Praqa, Zaqreb və Timişoara yer alıb.

# 2382
avatar

Oxşar yazılar