Sərhəddə təxribat:  Ermənistan itkilərini açıqladı   - 3 ölü
12 yanvar 2022 10:01 (UTC +04:00)

Sərhəddə təxribat: Ermənistan itkilərini açıqladı - 3 ölü

Ermənistan yanvarın 11-də dövlət sərhədində törətdiyi təxribat nəticəsində verdiyi itkiləri açıqlamağa başlayıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Ermənistan Müdafiə Nazirliyi sərhəddə atışmada üç hərbçisinin öldüyü, 5 hərbçisinin yaralandığını təsdiqləyib.

Törətdikləri təxribatın qurbanı olanlar sıravi Artur Mxitaryan (2002-ci il təvəllüdlü), kiçik serjant Rudik Qəribyan (2002-ci il təvəllüdlü) və sıravi Vahan Babayandır (2003-cü il təvəllüdlü).

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarında sərhədin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribat nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olduğu barədə məlumat yayıb.

# 3015
avatar

Oxşar yazılar