Şəhid jurnalistlərə həsr edilmiş MÜSABİQƏ ELAN EDİLDİ
04 iyun 2022 09:52 (UTC +04:00)

Şəhid jurnalistlərə həsr edilmiş MÜSABİQƏ ELAN EDİLDİ

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu qarşıdan gələn 22 iyul - Azərbaycanda Milli mətbuat və Jurnalistika günü ilə əlaqədar olaraq mətbuat nümayəndələri arasında şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həsr edilmiş "Mənəvi dəyərlərimiz: vətənpərvərlik" adlı məqalə müsabiqəsi elan edir.

Fonddan Lent.az-a verilən məlumata görə, müsabiqəyə vətənpərvərliyin media vasitəsilə təbliği, Vətən sevgisinin yeniyetmə və gənclərə aşılanması, azərbaycançılıq, qürur yerimiz olan şəhidlər, Qarabağ zəfəri və s. kimi müxtəlif mövzularda məqalələr göndərilə bilər.

Kriteriyalar:

- Məqalə innovativ və əhatəli olmalıdır;

- Müsabiqə elan olunduqdan sonra, qəzet və ya elektron internet portallarında dərc edilməlidir;

- Məqalənin həcmi 8 000 (səkkiz min) işarədən artıq olmamalıdır. (1,5 aralıq məsafə ilə təxmiən 2-3 A4 formatlı vərəq həcmində); - Yazılar qəzetdə dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Fonda təqdim olunmalıdır;

- Elektron portalda dərc edilərsə: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) link əlavə edilərək Fonda təqdim edilməlidir.

QEYD: Müsabiqəyə təqdim edilmək üçün hazırlanan materiallar kağız və ya elektron daşıyıcıda birbaşa Fonda, yaxud elektron poçt vasitəsilə mdtf.press@gmail.com adresinə göndərilə bilər.

Mükafat:

I yer - 1000 AZN

II yer - 800 AZN

III yer - 600 AZN

Hər biri 400 AZN olmaqla 4 həvəsləndirici mükafat

Müsabiqənin müddəti:

01 iyun - 15 iyul 2022-ci il

Əlaqə vasitələri: Tel: (012) 436-98-52 E-mail: mdtf.press@gmail.com

Ünvan: Bakı şəh., Yasamal r., M.Naxçıvani küç. 29

Xatırladır ki, Məhərrəm İbrahimov və Sirac Abışovun ölümündən 1 il ötür. Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Hadisə zamanı onların hər ikisi həlak olublar.

# 2811
avatar

Oxşar yazılar