Şəhid Fərid Rüstəmov Zərdabda dəfn olundu  -  YENİLƏNİB
14 sentyabr 2022 10:25 (UTC +04:00)

Şəhid Fərid Rüstəmov Zərdabda dəfn olundu - YENİLƏNİB

Ermənistanın dövlət sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu, Zərdab rayonunun Kəndəbil kənd sakini, 1992-ci il təvəllüdlü gizir Fərid Nofər oğlu Rüstəmov son mənzilə yola salınıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, şəhidin nəşi doğulduğu Zərdab rayonunun Kəndəbil kəndinə gətirilib və böyük izdihamla qarşılanıb. Vida mərasimində hərbiçilər, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhidin ruhuna dualar oxunduqdan sonra o, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu təxribatın qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayının bundan bir neçə dəfə çox olduğu bildirilir.

***

09:38

Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.

Lent.az xəbər verir ki, bu barədə APA-nın Mil-Muğan bürosu məlumat verib.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 2910
avatar

Oxşar yazılar

Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45
Sabah bu yollar  buz bağlayacaq   - HAVA PROQNOZU

Sabah bu yollar buz bağlayacaq - HAVA PROQNOZU

7 dekabr 2022 , 12:20
Nikahdan əvvəl  cinsi əlaqə   cinayət hesab ediləcək

Nikahdan əvvəl cinsi əlaqə cinayət hesab ediləcək

6 dekabr 2022 , 19:57
Normal havada  duman işıqlarını   yandırmaq olar?

Normal havada duman işıqlarını yandırmaq olar?

6 dekabr 2022 , 18:43
Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

Qırıq pəncərələr, skeletlərlə dolu həyət... - Viran qalmış ABU-dan REPORTAJ

6 dekabr 2022 , 17:08
Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar  buz bağlayacaq

Sürücülərə XƏBƏRDARLIQ: Sabah bu yollar buz bağlayacaq

6 dekabr 2022 , 13:18
Sabah bu ərazilərə  qar yağacaq   - HAVA PROQNOZU

Sabah bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU

6 dekabr 2022 , 12:24
İlon Mask

İlon Mask Bakıya gəlir?

6 dekabr 2022 , 10:55