Şəhid Fərid Quliyev Lökbatanda dəfn edilib - FOTO
16 sentyabr 2022 16:37 (UTC +04:00)

Şəhid Fərid Quliyev Lökbatanda dəfn edilib - FOTO

Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Quliyev Fərid Vahid oğlunun nəşi Qaradağ rayonu Lökbatan qəsəbəsindəki evinə gətirilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü şəhidlə evində vida mərasimi keçirildikdən sonra Fərid Quliyev Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib, yaylım atəşi açılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

# 2406
avatar

Oxşar yazılar