Səbuhi Məmmədli
17 noyabr 2022 12:25 (UTC +04:00)

Səbuhi Məmmədli

Səbuhi Məmmədli yenidən xəstəxanada – Həkimlər nə deyir?

Əməkdaşımız, Azərbaycanın tanınmış, fərqli jurnalistlərindən olan Səbuhi Məmmədli həyatın daha bir sınağından keçir. Səhhətində problemlər var. Hazırda Respublika Klinik Xəstəxanasında müalicə alır. Ora gedənə kimi isə Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müalicələr alıb.

Diabet xəstəsi olmağın fəsadları ortaya çıxıb. Həkimlər vəziyyətin ciddi olduğunu desələr də, problemi müalicə ilə aradan qaldıra biləcəklərinə əmindirlər.

Dünən Lent.az-ın rəhbərliyi xəstəxanada S.Məmmədlinin həkimləri ilə görüşdülər. Onların sözlərinə görə, bir sıra prosedurlar və ciddi nəzarətdən sonra əməkdaşımız bu problemləri geridə qoya bilər. Bu gün onu daha bir tibb professoru müayinə edib. Özünün dediyinə görə, professor müalicə prosesindən daha ümidli danışıb.

S.Məmmədli həm APA GROUP rəhbərliyinin, həm də TƏBİB-in xüsusi diqqətindədir. İndiyə kimi olduğu xəstəxanalarda həkimlərimiz Səbuhiyə xüsusi nəzakət və qayğı ilə yanaşıblar. Bunun üçün TƏBİB-ə ayrıca təşəkkür edirik. Amma ən əsası odur ki, Səbuhinin tezliklə müalicə olub sıralarımıza qayıdacağına böyük ümidimiz var.

# 7788
avatar

Oxşar yazılar