Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT
02 dekabr 2022 13:08 (UTC +04:00)

Şamaxıda müəllim şagirdi buna görə DÖYÜB - TƏFFƏRRÜAT

Şamaxıda müəllimin şagirdi döyməsi ilə bağlı xəbər vermişdik.

Lent.az hadisənin təfərrüatlarını araşdırıb.

Araşdırma zamanı məlum olub ki, hadisə Şamaxı şəhər 3 saylı tam orta məktəbdə qeydə alınıb.

Regional Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Anar Osmanov Lent.az-ın sorğusuna cavabında qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparılır.

İddiaya görə, məktəbin 7-ci sinif şagirdi Rəvan İsayev tarix müəllimi Təranə Əsgərova tərəfindən döyülüb:

“Şagird deyir ki, hadisə tənəffüs zamanı baş verib. Sinif yoldaşı Elşənlə birgə şkafa girən Rəvan İsayevi tarix müəllimi Təranə Əsgərova döyüb. Rəvan deyir ki, müəllim onu dəmir çubuqla çoxlu vurub. Şagirdin iddiasına görə, müəllim hətta onu başqa otağa apararaq təhqir edib və şiddət göstərib.

Müəllim isə bunun əksini deyir. Deyir ki, heç bir şiddət göstərməmişəm. Rəvanın anası gəlib direktor otağında müəllimə ilə əlbəyaxa dava edib. Hazırda bu iddia ilə bağlı araşdırma aparılır. Araşdırma bitsin nəticəsi barədə məlumat veriləcək”.

Müəllimi tərəfindən döyülən Rəvan İsayev

Tarix müəllimi Təranə Əsgərova

# 3957
avatar

Fidan İlqar

Oxşar yazılar

Zaqatalanın 6 kəndi qaz istəyir

Zaqatalanın 6 kəndi qaz istəyir

26 yanvar 2023 , 23:02
Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

Yanvar ayının sosial təminat üzrə bütün ödənişləri başa çatdı

26 yanvar 2023 , 20:15
Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

Qrip təhlükəli mərhələyə keçir - Həkimdən QORXULU PROQNOZ

26 yanvar 2023 , 20:15
"Squşonnı"nın bahalaşmasına  RƏSMİ REAKSİYA

"Squşonnı"nın bahalaşmasına RƏSMİ REAKSİYA

26 yanvar 2023 , 17:45
Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

Gənc qadınlar "Azercell"in dəstəyilə startap qurur

26 yanvar 2023 , 17:29
Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

Zaqatalada 2 gün əvvəl təmir olunan körpü dağıldı - FOTO

26 yanvar 2023 , 17:10
Jurnalistlərin suyu kəsildi

Jurnalistlərin suyu kəsildi

26 yanvar 2023 , 14:59
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

26 yanvar 2023 , 12:35