Sabah rayonlara yağış yağacaq  - HAVA PROQNOZU
17 may 2022 12:25 (UTC +04:00)

Sabah rayonlara yağış yağacaq - HAVA PROQNOZU

Mayın 18-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıdagecə 12-14° isti, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq. 

Azərbaycanın rayonlarında  

Əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Avtomobil yollarında vəziyyət

May ayının 18-də səhər saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görünüş məsafəsi 700-1000 m-dək məhdudlaşacaq.

 

# 2778
avatar

Oxşar yazılar