Sabah bu rayonlarda  qaz olmayacaq
13 sentyabr 2022 12:08 (UTC +04:00)

Sabah bu rayonlarda qaz olmayacaq

Yardımlı və Lerik rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Lent.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Tüklə-Ordahal” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 14 sentyabr saat 13:00-dan etibarən təmir işləri başa çatanadək “Lerik”, “Ordahal”,  “Yardımlı” və “Əngəvül” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Yardımlı rayonunun (tam olaraq), Lerik rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

# 2097
avatar

Aytəkin Cəlali

Oxşar yazılar