Sabah Bakıda külək əsəcək, rayonlara yağış yağacaq -  HAVA PROQNOZU
27 aprel 2022 12:29 (UTC +04:00)

Sabah Bakıda külək əsəcək, rayonlara yağış yağacaq - HAVA PROQNOZU

Aprelin 28-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında  hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. 

Havanın temperaturu gecə 13-16° isti, gündüz 21-26° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 24-26° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 26-31° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

# 2886
avatar

Oxşar yazılar