Sabah 41 dərəcə isti olacaq -  HAVA PROQNOZU
03 sentyabr 2022 11:59 (UTC +04:00)

Sabah 41 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

# 3867
avatar

Oxşar yazılar