Sabah 40 dərəcə isti olacaq -  HAVA PROQNOZU
01 sentyabr 2022 12:10 (UTC +04:00)

Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 35-40° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Sentyabrın 2-də Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək.

 

# 2400
avatar

Oxşar yazılar